Bu tarixlərdə 13 şəhər və rayonda bütün ictimai nəqliyyat işləməyəcək

XƏBƏR
18:59
3 Avqust 2020
235

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin tarixlər aşağıdakı kimidir:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.

Xəbər lenti