İki rayonda karantin ləğv ediləcək
16:33
3 Avqust 2020
253Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün elan olunan qərarına görə hazırda sərtləşdirilmiş karantin rejimində olan iki rayonda avqustun 5-dən sonra qadağalar aradan götürülür.
Sabah.az xəbər verir ki, bunlar Şəki və Siyəzən rayonlarıdır. Həmin rayonlarda sərtləşdirilmiş karantin rejimi ləğv edilir. Bu yerlərdə ümumi karantin rejimi tətbiq ediləcək.
Bundan başqa, bu dəfə Salyan rayonu da sərtləşdirilmiş karantin zonasına daxil edilib.
Daha çox