Minik avtomobili aşdı, yaralılar var
00:25
21 Fevral 2020
58Ağsu rayonunun Muradlı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, avtoqəza fevralın 19-da axşam saat 22:00 radələrində qeydə alınıb.
Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Kürdəmir sakinləri - 1994-cü il təvəllüdlü Həsənov Rövşən Daşqın oğlu, Mansurov Nurlan Mehman oğlu və şəxsiyyəti hələ ki bilinməyən bir nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox