Ermənilər Azərbaycan MN-in adına saxta tvitter hesabı açıb

ÖLKƏ
15:28
3 Avqust 2020
162

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb:

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.

Xəbər lenti