Qarabağ qazisi avtomobil qəzasında dünyasını dəyişdi

HADİSƏ
09:16
3 Avqust 2020
435

Qarabağ müharibəsi döyüşçüsü Qədir Musayev dünən axşam saatlarında yol qəzasında vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Biləsuvar rayonunun Ağayrı kənd sakini, Qarabağ müharibəsi əlili Q.Musayev dövlət tərəfindən ona verilən “Naz Lifan” markalı avtomobilin idarəetməsini itirərək maşını aşırıb. Qəza nəticəsində, dünyasını dəyişib.

Qədir Musayev Qarabağ döyüşləri zamanı Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub. 2005-ci ildə ağır cinayətdə ittiham edilərək həbs edilib, 2006-cı ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azadlığa buraxılıb.

Xəbər lenti

19:20 28 Sentyabr 2020
16:34 28 Sentyabr 2020
11:55 28 Sentyabr 2020
10:31 28 Sentyabr 2020