Özəl klinikalarda COVID-19 testinin qiyməti necə müəyyən edilir?

GÜNDƏM
10:47
1 Avqust 2020
244

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Azərbaycanda özəl klinikaların həyata keçirdiyi koronavirus testinin qiyməti haqda danışıb.

Sabah.az xəbər verir ki, Y.Qarayeva deyib ki, dövlət tərəfindən bu günə qədər bütün testlər pulsuz edilib: "Özəl müəssisələrin test aparmaq üçün təyin etdiyi qiymətlərə TƏBİB heç bir halda müdaxilə etmir. Bu, həmin müəssisələrin qəbul etdiyi daxili qərarlardır" .

Qeyd edək ki, özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır.

Xəbər lenti