“Azərbaycanda pandemiyaya qarşı mübarizədə ciddi irəliləyişlər var”

ÖLKƏ
17:29
31 İyul 2020
246

"Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik. ÜST-ün mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlamış və bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilmişdir".

Sabah.az xəbər verir ki, bunu bu gün keçirilən video-konfransda ÜST missiya rəhbəri, ÜST-ün Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz qeyd edib.

"Pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır. Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcək", - deyə Ortiz bildirib.

Xəbər lenti