Bakıda ağır qəza: 2 nəfər öldü

HADİSƏ
22:58
20 Fevral 2020
53

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qaradağ rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı reklam löhvəsinə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti