Həyətində ət kəsən şəxs saxlanıldı - Foto

XƏBƏR
14:37
31 İyul 2020
201

Səbail rayonunda həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb edir.

Xəbər lenti

17:15 16 Yanvar 2021
16:16 16 Yanvar 2021
14:57 16 Yanvar 2021
13:44 16 Yanvar 2021
13:34 16 Yanvar 2021
11:11 16 Yanvar 2021
10:40 16 Yanvar 2021
10:36 16 Yanvar 2021
10:33 16 Yanvar 2021
18:00 15 Yanvar 2021
17:14 15 Yanvar 2021
13:39 15 Yanvar 2021