Türkiyənin F-16 təyyarələri Azərbaycana gəldi - Video

GÜNDƏM
13:27
31 İyul 2020
166

“TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Sabah.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğularaq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.

Xəbər lenti

13:40 1 Dekabr 2020
17:29 30 Noyabr 2020
14:07 30 Noyabr 2020