İki avtomobil toqquşdu, xəsarət alan var - Foto

XƏBƏR
22:35
20 Fevral 2020
26

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.

Məhərrəm Sarıyevin idarə etdiyi "BMW" markalı avtomobil dairədə hərəkətdə olan "Nissan" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Nissan"da olan sərnişin xəsarət alıb.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər lenti