Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

ÖLKƏ
09:29
31 İyul 2020
152

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sabah.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşılan bayram təbrikində deyilir:

“Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”.

Xəbər lenti