Koronavirusa görə İran-Azərbaycan sərhədində nəzarət gücləndirildi - Video

ÖLKƏ
22:21
20 Fevral 2020
27

İran rəsmilərinin bu ölkədə koronovirus səbəbi ilə 2 nəfərin ölməsini təsdiqlədikdən sonra cəmiyyəti ən çox maraqlandıran sual İran-Azərbaycan sərhədində aparılan yoxlamaların hansı səviyyədə təşkil edilməsidir.

Sabah.az xəbər verir ki, “Xəzər Xəbər”in əməkdaşları bu gün Astarada yerləşən sərhəd buraxılış məntəqəsində olub və aparılan yoxlamaları izləyiblər. Qeyd edək ki, qarşıdan novruz bayramı gəldiyindən bu ölkədən Azərbaycana gələn turistlərin sayı artacaq və bunun üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub.

Ölkəməzə gələn bütün vətəndaşlar stasionar termovizor qurğuları vasitəsi ilə yoxlanılır, yük və minik avtomobilləri xüsusi dərman vasitələri ilə dezinfeksiya edilir.

Eyni zamanda İrana səyahətə gedənlərə gigyenik qaydalara əməl etmələri ilə bağlı tövsiyələr verilir. Sərhəd buraxılış məntəqəsində aşkarlanan hərarəti yüksək olan şəxslər dərhal təcili tibbi yardım briqadası ilə xəstxanalara yönləndirilir.

Qeyd edək ki, qarşıdan Novruz bayramı gəldiyindən İrandan ölkəmizə minlərlə turistin gəlməsi gözlənilir və bunun üçün buraxılış məntəqələrində termal kameralarla təchiz edilmiş 2-ci keçid xətti də istifadəyə verilib. Səhiyyə Nazirliyindən verilən məluamat görə isə hazırda Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir. Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda maskaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub.

Xəbər lenti