673 nəfər sağaldı - 3 nəfər vəfat etdi
Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 31 min 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 min 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5 951 nəfər aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 min 164 test aparılıb.
Daha çox