Baş Nazir təhsillə bağlı qərara dəyişiklik etdi
Baş Nazir Əli Əsədov “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ndə dəyişiklik edilməsi barədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qərarda dəyişiklik edib.
Sabah.az xəbər verir ki, qərarın 5-ci hissəsində bu şərtlərin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı hər il aşağıda müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir:
2 5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)
25-35; 5.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə); 5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).”.
Daha çox