Məşhur klubun prezidentinə rüşvət ittihamı
İsveçrə Baş Prokurorluğu PSJ-nin (Fransa) prezidenti və "BeIN Media Group"un sahibi Nasser Əl-Xəlafini korrupsiya cinayətində ittiham edib.
Sabah.az goal.com-a istinadən xəbər verir ki, qətərli iş adamının FİFA-nın keçmiş baş katibi Jerom Valkenin rüşvət verdiyi bildirilib.
Prokurorluq hesab edir ki, J. Valke rüşvət qarşılığında 2013 - 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərib. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.
Prokurorluğun bildirdiyinə görə, N.Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa hədiyyə edib.
Daha çox