Niyə bu il fətva verilmədi?

XƏBƏR
13:45
29 İyul 2020
50

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı bu il fətva verilməməsinə aydınlıq gətirib.

Sabah.azxəbər verir ki, o, bu barədə din xadimləri ilə videokonfrans formatında görüşü zamanı danışıb.

A.Paşazadə bildirib ki, ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb. Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.

Qeyd olunub ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin.

Xəbər lenti