Daha 412 nəfər yoluxdu - 631 nəfər sağaldı

ÖLKƏ
15:35
28 İyul 2020
101

Azərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 min 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, 6 555 nəfər aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 429, ötən müddət ərzində isə ümumilikdə 698 min 815 test aparılıb.

Xəbər lenti