"Baku Medical Plaza"da ölüm hadisəsi
Bakıda qadın klinikada dünyasını dəyişib.
Sabah.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.
1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.
Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox