MSK Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərarını açıqladı
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında parlament seçkiləri ilə bağlı 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
O bildirib ki, həmin müraciətdə səsvermə günü hüquqlarının pozulmasını qeyd edilib. Onun sözlərinə görə, müraciətlə əlaqədar araşdırma aparılıb və araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb: “Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.
İclasda həmin dairənin 14, 17, 23 və 25 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdən sonra sözügedən dairənin lider namizədi Ziyad Səmədzadə olub.
Daha çox