"Azenko"nun direktoru yol qəzasında öldü - Video

HADİSƏ
10:55
28 İyul 2020
373

Abşeron rayonunun Qobustan kəndi ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb.

Sabah.az xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

13:15 8 Avqust 2020
13:48 7 Avqust 2020
09:37 7 Avqust 2020