Daha 558 nəfər sağaldı - 396 nəfər yoluxdu
Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 30 min 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 min 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 min 386 test aparılıb.
Daha çox