Bu məntəqənin nəticələri də ləğv edildi

XƏBƏR
20:05
20 Fevral 2020
46

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsindən olan namizəd Məmmədov Samirin müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, iddiaçı DSK-nın hərəkətsizliyini mübahisələndirib.
“Araşdırma zamanı mübahisələndirilən 1 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar aşkar onunmayıb. Namizəd tərəfindən təqdim edilən görüntülərin araşdırılması zamanı 30 saylı seçki məntəqəsində səslərin sayılması prosesində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”, - deyə Q. Orucov bildirib.

Şikayət müzakirəyə çıxarılıb və 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.

Xəbər lenti