Yeni Təhsil naziri kimdir?

GÜNDƏM
13:20
27 İyul 2020
373

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Əmrullayev bu təyinata qədər Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. O, Təhsil İnstitutundakı vəzifəsinə bu ilin yanvarından təyinat alıb.

Təhsil İnstitutunun direktoru olana qədər isə Emin Əmrullayev nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.

Xəbər lenti