Daha bir məntəqənin nəticəsi etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib.
O bildirib ki, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb. Həmin dairə üzrə 1 seçki (24 saylı) məntəqəsinin nəticəsi etibarsız sayılsın”.
Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.
Daha çox