Ukraynada azərbaycanlı tələbələrə atəş açıldı - Video+Fotolar

HADİSƏ
14:35
25 İyul 2020
249

Ötən gün axşam Ukraynanın paytaxtı Kiyevdə dörd azərbaycanlı tələbəyə atəş açılıb, onlardan ikisi yaralanıb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib. O qeyd edib ki, Kiyev polisi məsələni ciddi şəkildə araşdırır:

"Hadisənin hələ ki kim tərəfindən törədildiyi məlum deyil. Tələbələr hadisədən yarım saat sonra bizə məlumat verib. Biz də 1 saat sonra həmin yerə getmişik. Onlardan birinin ayağı sıyrılıb, digəri isə budundan yaralanıb. Təcili yardım maşınında həmin tələbələr diaspor işçilərinin iştirakıyla xəstəxanaya aparıldılar. Hazırda budundan yaralanan tələbənin vəziyyəti yaxşıdır. Digər tələbə isə evə buraxılıb. Hadisə şahidlərindən məsələnin məğzini öyrənməyə çalışdıq. Onları kimin vurduğu bəlli deyil. Ancaq hadisə yerində Ermənistan dövlət nömrə nişanlı avtomobil olub. Sonradan öyrəndik ki, qəsdən azərbaycanlılara xəsarət yetirmək planı olmayıb. Yaxud da bizimkilərin belə planı olmayıb. Bu təsadüfən baş vermiş hadisədir. Hazırda diaspor təşkilatı olaraq əlimizdən gələni edirik ki, burdakı təxribatların qarşısını alaq. Vəziyyətin nəzarətdən çıxmasını istəmirik. Biz səhər 6-ya kimi tələbələrin yanında olmuşuq. Bu gün səhər səfirliyin işçiləri də onlara baş çəkib. Vəziyyət hazırda nəzarət altındadır".

Xəbər lenti

13:15 8 Avqust 2020
13:48 7 Avqust 2020
09:37 7 Avqust 2020