ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri bəyanat yaydı

XƏBƏR
14:11
25 İyul 2020
68

Amerika Birləşmiş Ştatlarının Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycan Respublikasının Los-Ancelesdəki konsulluğu qarşısında keçirilən aksiya ilə bağlı bəyanat yayıb.

Sabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat yayıb.

Bəyanatda deyilir: “ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları tərəfindən zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.

Xəbər lenti