Məzahir Pənahov davadan danışdı - “Cəzalanadıracaqlar”
“Bəziləri bütün dünyaya dezinformasiya yaymaqla məşğuldur”.
Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov 76 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
MSK sədri qeyd edib ki, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin:
“Bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.
Daha çox