Bu tibb işçilərinə əməkhaqlarının 3 misli qədər əlavə maaş ödəniləcək

İQTİSADİYYAT
20:30
24 İyul 2020
87

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən ediləcək.

Sabah.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu məbləğ 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödəniləcək. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti