Ermənilər Moskvada azərbaycanlıların restoranına hücum etdi - Video
 
                 19:10
19:10 24 İyul 2020
24 İyul 2020 238
238Ermənistandan olan silahlılar Moskvanın “1001 gecə” restoranına basqın ediblər.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “360” telekanalına Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov danışıb.
“1001 gecə” restoranı azərbaycanlıya məxsusdur. Bir azərbaycanlıya hardasa 15 erməni hücum edib”, - Hüseynov deyib.
Onun sözlərinə görə, hücum edənlər, həmçinin meyvə satıcısını döyüblər, qarpız və yemişləri onun başında sındırıblar.
REN TV-nin məlumatına görə, onların basqınından sonra kassadan təxminən 200 min rubl yoxa çıxıb.
Daha çox