Üzərində telefon aşkarlanan 3 nəfər imtahandan xaric edildi
Bu gün keçirilən növbəti buraxılış (qəbul) imtahanlarından 3 nəfər xaric olunub.
DİM-dən Sabah.az-a daxil olan məlumata görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
İmtahanlar 10 şəhər və rayonda təşkil olunub. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Qeyd edək ki, iyulun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Daha çox