Karantin qaydalarını pozan kafe aşkarlandı

XƏBƏR
15:40
24 İyul 2020
45

Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən “Rövşən” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin fəaliyyəti ilə bağlı 4 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, onlar cərimə olunublar.

Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Xəbər lenti