“Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular?”
“Bu onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmayıb. O cümlədən, Prezident Administrasiyasından da olmayıb. Mən Dövlət Nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar”.
Sabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə suda sanitar və epidemioloji məsələlərə münasibət bildirərkən deyib:
“Bu arayışda hər şey göstərilir. Komissiya formalaşdı, komissiya işə başladı, 3 ay ərzində təhlil apardı. Bütün, demək olar ki, qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, oradan boru çəkdim, burdan kanalı betonladım – bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Keçən il, bu il görülmədiyi səviyyədə quraqlıq var indi. Ancaq düzgün işlər görülsəydi, vaxtlı-vaxtında bu məsələlər üzə çıxsaydı, daha az itkilərlə bu vəziyyətdən çıxardıq”.
Daha çox