Xanım namizədin dairəsində 5 məntəqənin nəticəsi ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da baş tutan parlament seçkiləri ilə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsindən namizəd Rəşad Qəribovun müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin beş seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb. O bildirib ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, sözügedən dairənin lider namizədi Əminə Ağazadədir.
Daha çox