Xaricdəki aksiyalarda 50-yə yaxın azərbaycanlı yaralanıb

XƏBƏR
14:56
23 İyul 2020
41

Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev mətbuat konfransında deyib. Bildirib ki, bir çox ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib:

“Bir çox hallarda aksiyalarla bağlı öncədən hüquq-mühafizə orqanlarının məlumatlanmasına baxmayaraq polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub”.

Xəbər lenti