Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı - Foto

GÜNDƏM
12:50
23 İyul 2020
97

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb. Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb.

Əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti