Karantində gizli işləyən çayxana aşkarlandı

GÜNDƏM
10:00
23 İyul 2020
36

Şəkidə sərt karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən şəhərin Bağbanlar küçəsində yerləşən ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.

Xəbər lenti