MSK Səməd Seyidovun dairəsi ilə bağlı qərar verdi

ÖLKƏ
18:37
20 Fevral 2020
57

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsi ilə bağlı namizəd Ramin Göyüşovunun müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı bir seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 2 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, sözügedən dairənin lideri Səməd Seyidovdur.

Xəbər lenti