Azərbaycanlı tələbə pnevmoniyadan dünyasını dəyişdi

GÜNDƏM
17:40
22 İyul 2020
163

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Mikayıl Əzizov iyulun 19-da dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi məlumat paylaşıb.

Qeyd edilib ki, M.Əzizov meningit, pnevmoniya xəstəliyi səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") vəfat edib. O, bu il ADNSU-nun magistr pilləsi üzrə təhsilini yüksək göstəricilərlə başa vurub. M.Əzizov ailənin tək övladı olub.

Allah rəhmət eləsin!

Xəbər lenti