"Atamın da, digər şəhidlərin də qisasını alacam" - Video

ÖLKƏ
10:45
22 İyul 2020
158

Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz-çavuş Vüqar Sadıqovun ailə üzvləri onun haqda xatirələrini bölüşüb.

Vida mərasimində çəkilmiş fotoları ilə hamını təsirləndirən şəhidin övladları ataları ilə fəxr etdiklərini bildiriblər. Sözügedən şəkildə balaca bacısının göz yaşını silən qardaşı indi anasına təsəlli olmağa çalışır...

V.Sadıqovun oğlu Yaşar Sadıqov deyib ki, o arxeoloq olmaq istəsə də, atası şəhid olandan sonra onun kimi hərbçi olmaq qərarına gəlib: “Atamın da, digər şəhidlərin də qisasını alacam”.

Sabah.az AzTV-nin Ağstafa rayonundan şəhidin ailəsi ilə bağlı hazırladığı videoreportajı təqdim edir:

Xəbər lenti