Karantində 20 nəfərlik məclis qurdular - Fotolar

GÜNDƏM
10:00
22 İyul 2020
69

Şəki rayonu, Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil edib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.

Xəbər lenti