İmamverdi İsmayılovun dairəsində 11 məntəqə ləğv olundu

ÖLKƏ
18:10
20 Fevral 2020
34

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, müraciətdə sözügedən dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu bildirilib.

MSK üzvü Tofiq Həsənov qeyd edib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb. O bildirib ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. T. Həsənov həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Səsə qoyulan təklif qəbul edilib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd YAP-ın namizədi İmamverdi İsmayılovdur.

Xəbər lenti