Payızda koronavirusun güclənəcəyi xəbəri ilə bağlı açıqlama
“Payız aylarında koronavirus güclənməsi ehtimalı onunla bağlıdır ki, iqlim dəyişikliyi baş verir”.
Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
O qeyd edib ki, payız aylarında adi banal soyuqdəymələr yaranır:
“Biz ölkəmizdə virusu nəzarət altına ala biliriksə, payız və qış üçün hazır vəziyyətdə ola bilərik. Buna görə də iş yerlərində sanitar qaydalar önəmlidir. Bu qaydalara əməl etsək epidemiyanın güclənməsinin qarşısını ala bilərik”.
Daha çox