Musa Quliyevin dairəsində məntəqə ləğv edildi

GÜNDƏM
16:32
20 Fevral 2020
126

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Sabah.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Namizəd Zeynalova Sitarə müraciətində səsvermə günü bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini qeyd edib.

Araşdırma zamanı məlum olub ki, seçicilərin iradəsinə təsir edən hal yoxdur. Yalnız 8 saylı məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd Musa Quliyevdir.

Xəbər lenti