"Karantin rejimində yumşalmalar tədricən olacaq"

ÖLKƏ
17:59
20 İyul 2020
129
“Bir çox hallarda Azərbaycanı başqa ölkələrlə müqayisə edirlər. Sosial şəbəkələrdə bir çox halda şərhlər reallıqdan çox uzaqdır”.
 
Sabah.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
 
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bəzi insanlar koronavirusun olmadığını belə iddia edirlər:

“Belələri reallıqdan çox uzaqdır. Eyni zamanda dünyanın bir çox ölkələrində karantin rejimi qalır. Hətta bir çox ölkələr ikinci dəfə karantinə gedir və Azərbaycan da bu sıradadır. Yaponiya və Honkonq kimi ölkələrdə də yenidən yoluxma artır. İsrail də çimərlikləri açmışdı, yoluxma artdığı üçün karantinə gedir”.
 
Ş.Mövsümov qeyd edib ki, açıq havada kafelərdə risklər azalır:

“Bunların hamısı nəzərə alınacaq. Növbəti yumşalmalar avqustun 5-dən sonra baş verməlidir. Kafe, mağaza və restoranların açılması da tədricən olacaq, bu, qaçılmazdır. Biz bunu tədricən etməliyik ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik. İnşallah, bununla da peyvəndin tapılmasına qədər gedə bilərik. Bəli, yumşalmalara gedəcəyik, bu tədricən olacaq”.

Xəbər lenti