Çimərliklər avqustun 5-nə kimi açılmayacaq

GÜNDƏM
17:47
20 İyul 2020
100

“Çimərliklərin bu gün açılmasına hazır deyilik. Bunu avqustun 5-nə kimi edə bilməyəcəyik”.

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

O qeyd edib ki, açılma ilə əldə etdiyimiz nailiyyəti itirə bilərik: “Çimərliklərdə məsafə saxlamaq mümkün deyil. Müştərilər yemək, qida alanda yoluxma riski artır. Hər hansı çimərliyə eyni rayondan insanlar gəlmir. Bu da süni formada virusun paylanmasıdır”.

Xəbər lenti