"Neftçi"nin keçmiş futbolçusu vəfat etdi

İDMAN
16:25
20 Fevral 2020
106

"Neftçi"nin keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.

"Neftçi" klubu yayımladığı başsağlığı mesajında V.Xluçinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, V.Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə "ağ-qaralar"ın formasını geyinib. Həmçinin o, "Polad" (Sumqayıt), "Araz" (Naxçıvan) klublarında da çıxış edib.

Xəbər lenti