Prokurorluqdan 3 uşaq anasının qətli ilə bağlı məlumat

XƏBƏR
15:25
20 İyul 2020
52

Ağdaş rayon prokurorluğu əri tərəfindən öldürülən 3 uşaq anası, 1995-ci il təvəllüdlü Nuranə Səttarovanın qətli ilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, prokurorluqdan məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
 
İstintaqla 1988-ci il təvəllüdlü Tural Səttarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vuraraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Tural Səttarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti