Yeni icra başçısı ilk dəfə sakinlərin qarşısında - Fotolar

ÖLKƏ
17:13
7 Noyabr 2019
104

Yevlax Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunmuş Anar Tağıyev şəhərdə sakinlərlə ilk görüşünü keçirib.

Sabah.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşıb.

Anar Tağıyev Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı, ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb. Anar Tağıyev qeyd edib ki, Yevlax rayonunda bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcək.

“Açıq mikrofon” formatında, dialoq şəklində 4 saatdan çox müddətdə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib.