Azərbaycanda karantində boşananların sayı azalıb

ÖLKƏ
11:11
20 İyul 2020
73

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 15 min 334 nikaha daxilolma və 5 788 boşanma halları qeydə alınıb.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm nikahların, həm də boşanmaların sayında xeyli azalma müşahidə olunur.

Belə ki, 2019-cu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 23 min 684 nikah və 7 082 boşanma halları qeydə alınmışdı.

Xəbər lenti